Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb

  18 Yanvar 2020    Oxunub : 1781
Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 523" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gömrük   Dərman