Yarmarkalarda 2 min tondan çox mәhsul satılıb

  02 Fevral 2020    Oxunub : 1212
Yarmarkalarda 2 min tondan çox mәhsul satılıb
2019-cu ildә “Aqrar tәdarük vә tәchizat” ASC-nin tәşkilatçılığı ilә keçirilən yarmarkalarda, ümumilikdә, 38 bölgәdәn 700-dәn artıq fermer vә qida istehsalçısı mәhsullarının satışını hәyata keçirib.
Bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında bildirilib. Yarmarkalarda, ümumilikdә, 100-dәn artıq çeşiddә 2000 tondan çox mәhsul satılıb.

Qeyd edək ki, ötən il hәr hәftәnin sonuncu vә bayram günlәrindә Bakı şәhәri üzrә Yasamal, Binәqәdi, Nәrimanov, SuraxanıAbşeron rayonlarında fermer vә yerli qida istehsalçılarının iştirakı üçün nәzәrdә tutulmuş yarmarkalarda regionlardan birbaşa istehsalçıların mәhsullarının sәrgi vә satışı tәmin olunub.

Yarmarkaların keçirilmәsindә әsas mәqsәd bazara intervensiya etmәklә süni qiymәt artımının qarşısının alınması, kәnd tәsәrrüfatı mәhsulları istehsalçılarının bazara çıxışının asanlaşdırılması, әhalini keyfiyyәtli vә bazar qiymәtlәri ilә müqayisәdә aşağı qiymәtә kәnd tәsәrrüfatı mәhsulları ilә tәmin etmәk olub. Bir sıra mәhsul qiymәtlәri digәr bazarlarla müqayisәdә 20-30 faiz aşağı olub. Yarmarkalarda fermerlәrdәn iştirakla bağlı yer haqqı tәlәb edilməyib.

Azvision.az

Teqlər: Yarmarka