“Sevgi iqtisadiyyatı” 5 dəfə böyüyüb - 14 fevral rəqəmlərdə
Son trendlərə əsasən, ənənəvi çiçək və zinət əşyaları kimi hədiyyələrin payı azalmaqdadır. Onların əvəzində "təcrübə" hədiyyələrinin sayı artır.
Məsələn, hotel rezervasiyaları 22%, romantik məkanlara səfərlər isə “Valentin günü” xərclərinin 13%-ni təşkil edir. Keçən il 14 fevral ərəfəsində uçuş və səyahət rezervasiyalarına 2.2 milyard dollar xərclənib. Araşdırma əsasında o da məlum olub ki, ənənəvi “Valentin günü” kartına çəkilən xərclər də azalmaqdadır. Bu istiqamətdə son üç ildə cəmi 2% artım müşahidə olunub.
Restoranda romantik şam yeməyi sevgililər üçün ən təhlükəsiz seçimi olmaqda davam edir. 2017-ci ildən etibarən “Valentin günü”ndə restoranlarda edilən tranzaksiyalarda 32% artım müşahidə edilib, ümumi xərclər isə 2019-cu ildə 16% artaraq 3,4 milyard dollara çatıb.
Çiçəklər xanımlar üçün ən çox alınan hədiyyələrdən olsa da, onların sayında 2017-ci ildən bəri cəmi 3% artım qeydə alınıb, hədiyyəlik zinət əşyalarında isə artım cəmi 6%-dir. “Sevgililər günü”ndə artım müşahidə olunan sahələrdən biri də onlayn ticarətdir. Son üç il ərzində bayram ərəfəsində onlayn tranzaksiyalar 57% artıb. Ənənəvi alış-verişlərdə isə təmassız tranzaksiyaların payı ilbəil artım göstərərək 2017-ci ildən etibarən 175%-dir.
İndeksdəki göstəricilərdən belə qənaətə gəlmək olar ki, “Sevgililər günü” indi daha planlı təşkil edilir. Belə ki, ilbəil son dəqiqə alış-verişlərinin sayı azalır. 2019-cu ildə “Valentin günü” tranzaksiyalarının böyük hissəsi 11 fevralda həyata keçirilib. 2018-ci ildə tranzaksiyaların böyük qismi 12 fevral, 2017-ci ildə isə 13 fevral tarixlərində reallaşdırılıb.
Azvision.az
Teqlər: Sevgililərgünü Xərclər