“Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir” - MSK sədri

 “Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir” -  MSK sədri
  24 Fevral 2020    Oxunub:9032
“Bəziləri deyir ki, Mərkəzi Seçki Komissiyasında gestapo rejimidir, Məzahir Pənahovun yanında Stalin toya getməlidir. Amma bunun heç bir əsası yoxdur”.
Azvision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, barəsində səslənən fikirlər doğru deyil: “Komissiyanın iclasları açıq keçirilir. MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar. Həmçinin bizim işçilərlə də münasibətlərimiz çox səmimidir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Məzahir-Pənahov  





Xəbər lenti