MSK Mehman Hüseynovun şikayətini qismən təmin etdi

MSK Mehman Hüseynovun şikayətini qismən təmin etdi
  25 Fevral 2020    Oxunub:1393
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Hüseynov Mehman Rafiq oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 13 və 26-cı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqələrin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti