Ceyranbatandakı yanğın söndürülüb - YENİLƏNİB

 Ceyranbatandakı yanğın söndürülüb -  YENİLƏNİB
  12 İyun 2020    Oxunub:3900
Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürülüb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 15:38-də söndürülüb.

***
Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın olması ilə əlaqədar Fövəqladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yanğın   Ceyranbatan  





Xəbər lenti