“Şərəfli tariximiz” adlı onlayn tədbir keçirildi - FOTOLAR

“Şərəfli tariximiz” adlı onlayn tədbir keçirildi -  FOTOLAR
  16 İyun 2020    Oxunub:2334
15 iyun 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü münasibətilə “Şərəfli tariximiz” adlı onlayn tədbir keçirilib.
Dövlət Miqrasiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə müxtəlif təşkilatları təmsil edən könüllülər tərəfindən Ulu Öndərin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürərək, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə hazırda qazanılan uğurların əsasını qoyduğu diqqətə çatdırılıb. Dövlətin süquta uğrama, ölkənin parçalanma təhlükəsindən xilas edildiyi bu tarixi günün həqiqətən də vətəndaşlarımız üçün bir qurtuluş, xalqımız üçün sabaha inam günü, şərəfli və xoşbəxt gələcəyin başlanğıc günü olduğu vurğulanıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi facebook səhifəsindən canlı yayımlanan tədbir 10000-dən çox ictimai fəal, könüllü təşkilatları və hərəkatlarının üzvləri olan gənclər tərəfindən izlənilib.

Onlayn tədbirin “Bakı uşaq və gənclər teatrı”nın aktyorlarının da iştirak etdiyi, 2 gün əvvəlcədən hazırlanmış bədii hissəsində istedadlı gənc sənətçilərin ifasında vətənpərvərlik ruhunu aşılayan mahnılar səsləndirib.



Onlayn tədbir zamanı həmçinin, Ulu Öndərin şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən video çarxlar nümayiş etdirilib.

Bədii hissə yekunlaşdıqdan sonra tədbir gənclər üçün təşkil olunan intellektual müsabiqə ilə davam etdirilib. Müsabiqə zamanı verilən sualları ilk olaraq doğru cavablayan 10 nəfər gənc dəyərli hədiyyələrlə mükafatlandırılıb.







Azvision.az


Teqlər: DMX  





Xəbər lenti