Səlim Müslümov yeni mətbuat katibini seçib

Səlim Müslümov yeni mətbuat katibini seçib
  22 Yanvar 2014    Oxunub:817
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa verən İlham Məmmədovun yerinə hələki təyinat olmayıb
Bu barədə AzVision.az-a nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev (Ol) məlumat verib.

Onun sözlərinə görə, vəzifəyə təyinat olan zaman ictimaiyyətə məlumat veriləcək:

“İlham Məmmədovun yerinə yaxın vaxtlarda təyinat olacaq. Həmin vəzifəyə təyin olunacaq şəxs var. O artıq rəhbərliyə təklif olunub”.

Qeyd edək ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov işdən azad edilib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti