““New Baku Post” qəzeti fəaliyyətini dayandırmayıb” – Baş redaktor

““New Baku Post” qəzeti fəaliyyətini dayandırmayıb” – Baş redaktor
  23 Yanvar 2014    Oxunub:2248
“New Baku Post” qəzeti öz fəaliyyətini dayandırmayıb. Sadəcə qəzet formatından elektron formata keçirik”.
Bunu AzVision.az-a açıqlamasında qəzetin baş redaktoru Tofiq Abbasov deyib. Onun sözlərinə görə, qəzetin elektron variantına keçid heç bir işçinin ixtisarına səbəb olmayacaq:

“Heç kim işdən çıxarılmayıb. Bütün kollektivimiz xoş əhvalla öz işimizə davam edəcəyik. Bizim planlarımız var. Eyni zamanda biz fəaliyyətə başlayanda da bildirmişdik ki, 2 il qəzet formatında işləyəcəyik, sonra elekton qəzet kimi fəaliyyətimizi davam etdirəcəyik. Biz 2 il pulsuz olaraq, qəzeti çap etdik və payladıq. Artıq elektron qəzet formatında fəaliyyət göstərəcəyik. Bu nə xəbər portalı, saytı olmayacaq. Bu elektron qəzet formatında olacaq”-, deyə baş redaktor əlavə edib.

Qeyd edək ki, “New Baku Post” qəzeti artıq 2 il idi ki, fəaliyyət göstərirdi və qəzet əhaliyə pulsuz paylanılırdı.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti