Ötən ilin sonundan bu günə qədər 20 uşaq övladlığa verilib

  23 Sentyabr 2020    Oxunub : 2024
 Ötən ilin sonundan bu günə qədər 20 uşaq övladlığa verilib
2019-cu ilin noyabr ayının 1-dən bu günə qədər 20 uşaq övladlığa verilib.
Azvision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, bunlardan 13-ü oğlan 7-si isə qızdır.

“4 uşaq ögey ana, ata tərəfindən, 12 uşaq yaxın qohumlar arasında razılaşma ilə, 1 uşaq valideynlər arasında razılıq əsasında, 3 uşaq isə müəssidən övladlığa verilib”.

Nazirlik rəsmisi qeyd edib ki, 86 nəfərin müraciəti övladlığa götürülmə alt sistemindədir.

“Onlardan 10 nəfərə imtina verilib. Qalan 39 nəfərin müraciəti uçot mərhələsində təhlil olunur. 10-dan çox müraciət müsahibə mərhələsindədir. Bəzi müraciətlər maddi-məişət şəraitinin yoxlanması, bəziləri təlim mərhələsində, bəziləri görüş mərhələsindədir. Bir neçə ailə də var ki, onlar sınaq müddətindədir”.

C.Şahmalıyev qeyd edib ki, hazırda övladlığa verilə biləcək 50 uşaq var.

Aytən Zəhra
Azvision.az

Teqlər: Övladlıq   Uşaq   Valideyn