Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlandı

Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlandı
  16 Oktyabr 2020    Oxunub:1729
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sentyabr ayında muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Xidmətdən Azvision.az -a bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 534 müraciət daxil olub. Müraciətlərdən 170-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi və yenidən rəsmiləşdirilməsi, daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 364 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 247-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Azvision.az



Teqlər: DMX   Naxçıvan  





Xəbər lenti