“Azərbaycanın hərbi əməliyyatları davam etdirməyə əsası var” - “Oskar” mükafatçısı

  07 Noyabr 2020    Oxunub : 9264
“Azərbaycanın hərbi əməliyyatları davam etdirməyə əsası var” -  “Oskar” mükafatçısı
Məşhur bakılılardan biri, Rusiya və sovet aktyoru, kinorejissor, ssenarist, “Oskar” mükafatçısı Vladimir Menşov bildirib ki, Azərbaycanın öz torpaqlarını qaytarana qədər hərbi əməliyyatları davam etdirmək üçün səbəbi var.
Azvision.az xəbər verir ki, Menşov 30 il sonra Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının əhəmiyyətindən söz açıb.

O bildirib ki, uşaqlıq və gənclik illərində yaşadığı Bakıda heç kimin bir-birini milliyyətə görə bölmədiyinin şahidi olub.

"Sülh həmişə müharibədən daha yaxşıdır, xüsusən də yaxın xalqlar, Azərbaycan və Ermənistan kimi qonşu ölkələr arasında. Əlbəttə, barış olmalıdır. Bu, sülh bir dəfə, 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində pozuldu, kobud və amansızcasına pozuldu. 30 ilə yaxındır ki, münaqişə həll olunmur. İndi Azərbaycanın torpaqlarını qaytarana qədər hərbi əməliyyatları davam etdirmək üçün əsası var.

Mən Bakıda anadan olmuşam və yaşamışam. Uşaqlıqda və yeniyetməlikdə - siz azərbaycanlı, erməni, rus və ya yəhudisiniz deyə hər hansı bir fərq hiss etmədim. Hamı dinc yaşayırdı.

Mənim qohumlarım neft avadanlığı istehsal olunan Şmidt adına Bakı zavodunda çalışırdılar və orada eyni briqadadan olan azərbaycanlılar, ermənilər, ukraynalılar tez-tez toplaşırdılar və vaxtlarını mehribanlıqla keçirirdilər.

Azərbaycanda hələ 30 minə yaxın erməninin yaşadığını öyrənəndə çox təəccübləndim. Düşünürəm ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb".

Menşov əlavə edib ki, hazırda Cənubi Qafqazda, bu məhsuldar torpaqda sülhün bərqərar olması üçün bütün dinc təşəbbüsləri hər cür şəkildə təbliğ etmək lazımdır: "Xalqlar, mülki insanlar əziyyət çəkməsin, qadınlar, uşaqlar, qocalar ölməsin deyə sülh olmalıdır. Sülhün yaradılmasının vaxtı çatıb, insanlar bu qədər gözləyə bilməzlər".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CənubiQafqaz