"Azərbaycan Ordusu irəlilədikcə hərbçilərimiz qorxurdu" - Babayan

 "Azərbaycan Ordusu irəlilədikcə hərbçilərimiz qorxurdu" -  Babayan
  14 Dekabr 2020    Oxunub:1880
“Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib”.
Azvision.az xəbər verir ki, bunu qondarma rejimin “təhlükəsizlik şurasının katibi” və “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan erməni mediasına verdiyi açıqlamada deyib. O həmçinin qeyd edib ki, Azərbaycan hərbçiləri irəlilədikcə Ermənistan ordusunda çaxnaşma, qarışıqlıq baş alıb gedib:

“Ordumuz görəndə ki, düşmənə təzyiq göstərə, hücumunun qarşısını alıb yerində oturda bilmir, o zaman hərbçilərdə qorxu yaranaraq çaxnaşma baş qaldırırdı”.

Samvel Babayan qondarma rejimin “Müdafiə Ordusu”nun keçmiş komandanı olmuş Cəlal Arutyunyanın 19 yaşlı əsgərlərə leytenant rütbəsi verməsini anormal hal sayıb:

“Qaçanlar da var idi. Cəlal Arutyunyan 19 yaşlı uşağı tağım komandiri təyin etmək üçün ona leytenant vermək məcburiyyətində qalmışdı”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çaxnaşma   Samvel-Babayan  





Xəbər lenti