Oqtay Əsədov Cəmil Çiçəklə görüşdü

Oqtay Əsədov Cəmil Çiçəklə görüşdü
  18 Fevral 2014    Oxunub:1481
Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov bu gün Tehranda Türkiyə Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.
İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək üçün İranda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov türkiyəli həmkarı Cəmil Çiçəklə görüşüb.

AzVision.az-ın məlumatına görə, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Eyni zamanda regional məsələlər barəsində söhbət olub.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti