Nazirliyi aldadan qadına cinayət işi açıldı
cinayət işi başlanıb.
Araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə “Şəhid ailəsi” statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


