Əli Kərimli məhkəməyə verilir

Əli Kərimli məhkəməyə verilir
  20 Fevral 2014    Oxunub:1025
Adı MTN-ə agentlikdə hallandırılan bayraqdar Elman Türkoğlu jurnalist Xədicə İsmayıl, AXCP sədri Əli Kərimlini və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu məhkəməyə verəcək.

“Qafqazinfo” xəbər verir ki, bayraqdar bu addımı X. İsmayılın bir neçə gün əvvəl Facebookda Türkoğlunun MTN-lə əməkdaşlıq etməsi barədə yaydığı sənədə görə atdığını bildirib: “Bu saxta sənədi Xədicə İsmayıl 2010-cu ildə Əli Kərimlinin kabinetində hazırlayıb”.

E. Türkoğlu həmçinin X. İsmayıla açıq məktub da yazıb: “Mən ömrüm boyu heç bir qadının qəlbinə dəyməmişəm və bundan sonra da dəyməyəcəyəm. Qadınları biz kişilərin başının tacı sanmışam. Amma bu gün sənə qarşı hörmətim azalıb. Üç il bundan əvvəl saxta bir sənəd hazırladınız ki, guya mən MTN-nin agentiyəm, MTN hər ay mənə 600 manat maaş verir. Siz məhkəmədə mənə sübut etməlisiniz ki, MTN-nin agent olmuşam”.


Teqlər:  





Xəbər lenti