Xəccənin transmilli xəyanəti – FELYETON

Xəccənin transmilli xəyanəti – FELYETON
  20 Fevral 2014    Oxunub:10084
Xədicə İsmayılovanın siyahı məsələsi getdikcə dərinləşir və artıq həm də səs yazısına keçib. El arasında `Xəccə` deyə tanınan Xədicə İsmayılova siyahını danır və deyirdi ki, ona inananlar `təkər`dir. İndi maraqla gözləyirik: bəs səs yazısına inanlara nə ad qoyacaq? Yəqin, `şaravoy`dan-zaddan...

Ümumiyyətlə, əgər tarixi determinizm fəlsəfəsi ilə yanaşsaq (yaxşı, alnınızı qırışdırmayın, bunu sadəcə ağıllı görünmək üçün yazdım), belə bir səs yazısının ortaya çıxacağı gözlənilən idi. Çünki Xəccə öz fanatlarını adətən multimedia məhsulları ilə sevindirirdi – məsələn, videoları ilə. Videodan sonra təzədən mətnə (siyahıya) qayıtmaq geriyə addım olardı. Xəccə isə geriyə addım atan cuvanəzənlərdən deyil. Ona görə də, buyurun: dalı audio ilə gündəmə gəldi.

Forma haqqında bu qədər, keçək mahiyyətə. Xəccə hər vasitə ilə sübut eməyə çalışır ki, onun Amerika senatının əməkdaşları ilə görüşündə qeyri-adi heç nə yoxdur. Sadəcə, elə-belə, yeyib-içmək, əhval-pürsanlıq üçün görüşüblərmiş. Yəni: Senatın iki əməkdaşı darıxıblar, biri o birinə deyib ki, `John, come on, dur gedək gorək, bizim Xəccə necədir, elə by the way, boğazımızı da yaşlayarıq...` Və Vaşinqtondan durub gəliblər `ArtGarden` Restoranına.
Xəccənin təkidinə görə, məhz belə də olub.

Amma indi bunun belə olmadığını sübut edən səs yazısı da var ortada – bunu da həmin vaxt o restoranda olan millər vəkili Ceyhun Osmanlı öz telefonuna yazıb və Prokurorluğa təqdim edib. Xəccə və onun əshabələri deyirlər ki, bu hərəkət qanunsuzdur. Lap Amerika filmlərində olduğu kimi! Amma di gəl ki, burada – real Azərbaycan siyasəti kontekstində ortaya bir neçə əmma çıxır:

Əmma 1

Demək, kimsə rahatca xaricilərə casusluq eləyə bilər, öz ölkəsinin vətəndaşları haqqında `donos` (yalan-doğru olması hələ ayrı söhbətdir) verə bilər və bu, qanunidir. Amma bir başqası buna görə həmin `agent`i məsuliyyətə cəlb etmək istəsə, onda bu, qanunsuz olacaq?

Belə yerdə məşhur bir məsəl yada düşür: `Eləyənin eləyən yerini kəsmirlər, amma görənin gözünü çıxarırlar`.



Əmma 2

Xəccə deyir ki, amerikalılarla qeyri-qanuni heç nə danışmayıb, sadəcə elə-belə, `nə var-nə yox` edib. Təxminən bu cür: `- Necəsən, Xəccə? - Babat, 250 qram arıqlamışam...`
Elə isə narahat olmağa əsas yoxdur. Prokurorluq əməkdaşları səs yazısını dinləyib, orada `I miss you, Khadija`... `Oh, John, my sweetheart` kimi sözlər eşitsələr, təbii ki, buna görə heç kim Xəccəni məsuliyyətə cəlb edəsi deyil. Ən uzağı, qulaq asıb, `duz tutmaq` olar.

Əmma 3

Bir vaxtlar (elə indi də) məşhur fırıldaqçı və rüşvətxor Elşad Abdullayev gizli çəkdiyi videoları yayanda niyə heç kimin ağlına gəlmədi ki, bunun qanunsuz olduğunu desin, şəxsi həyata müdaxilədən-filadan, qanunsuz sübut əldə etməkdən danışsın?! Elə Xəccənin özü niyə demirdi? Hamı gözlərini bərəldib və qulağını şəkləyib baxmaqda indi. Bəs indi nə oldu, Xəccənin səsini yazanda insan haqları pozuldu?!

Nə başınızı ağrıdım, bu üç əmma bəs edir ki, ikili standartları qırağa qoyub, Xəccənin səs yazısından ləzzət alaq. Buna görə də şəxsən mən həvəslə gözləyirəm ki, həmin audioyazı nə vaxt açıqlanacaq.

Eybi yox, qoy Xəccə üçün sinəsini (və başını) qabağa verən Erkin Qədirli və onun kimi düşünənlər ləzzət almasınlar. Amma maraqlıdır, məsələn, Erkin Qədirli özü görsəydi ki, kimsə Azərbaycan vətəndaşları haqqında amerikalılara `donos` verir, özü nə edərdi? Söhbətə qoşulub, öz bildiklərini də artırardı?Yoxsa sadəcə deyərdi ki, `Məni çıx, Xəccə, amma qalanlarını döşə, getsin`. Əgər belə etməzdisə, onda Ceyhun Osmanlını niyə qınayır?

Maraqlıdır ki, Erkin Qədirli bu məsələni eşidəndə elə gecə ikən Şəkidən başılovlu durub Xəccənin yanına qaçıb. Gecə. Xəccənin. Adamda ürək var...
Normal halda gəlib deməliydi ki, `Ey zənən, axı biz səninlə dost olmuşuq, badımcan dolması yemişik... heç utanmırsan, mənim də adımı amerikalılara itələmisən?` Amma məlum olur ki, belə deməyib: Erkin Xəccəyə dəstək olmağa gəlib. Niyə? Yəni `Real`ist oğlan həm də altruistdir? Yoxsa başqa `tema` da var?



Emin Millinin sözü olmasın, Xəccənin məşhur videosu `müxalifətin ümumi maraqlarının ziyanına işləmişdi`. Hətta Milli o zaman milli ruhda belə bir bəyanat da vermişdi ki, əgər bilsəydi Xəccə həmin evdə nələr edəcək (nələr etməyəcək!) heç evi ona verməzdi! Taleyin gərdİŞinə bax da: əgər Xəccənin o vidodakı tərəfdaşının adı Əli Transmilli idisə, budəfəki tərəfdaşlarının özləri transmillidirlər. Və əgər o dəfəki Transmilli xəyanət müxalifətin maraqlarının ziyanına idisə, budəfəki transmilli xəyanət milli maraqlara qarşıdır. Necə deyərlər, miqyas başqa şeydir. Miqyas da ki, Xəccədə.

kirpi.info / Tariyel Həsənov


Teqlər:  



Xəbər lenti