Deputatlar geri qayıtdı, şeyxin qardaşı İranda qaldı
Bu barədə AzVision.az-a deputat özü məluma verib. Şəxsli işləri ilə bağlı İranda qaldığını deyən deputat gələn həftə Azərbaycana gələcəyini qeyd edib.
Qeyd edək ki, Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilib. Tədbirdə iştirak etmək üçün millət vəkilləri Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İrana yola düşüblər.
Daha sonra spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev də tədbirdə iştirak ediblər.
Şahanə Rəhimli







Vaxtında, Aydın, Lazımlı!


