Qazaxdan təkzib: rektorun evi yandırılmayıb

Qazaxdan təkzib: rektorun evi yandırılmayıb
  20 Fevral 2014    Oxunub:1080
“Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Daş Salahlı kəndindəki evinin yandırılması xəbəri yalandır”.
Bu barədə AzVision.az-a açıqlamasında Qazax rayon icra başçısının Daş Salahlı kəndindəki nümayəndəsi Asif Yusifov bildirib. Onun sözlərinə görə, evin bir qrup şəxs tərəfindən yandırılması xəbəri tamamilə əsassızdır.

“Bunu kim deyir axı? Həmin evdə yaşayış yoxdur. Evin damında qısa qapanmadan yanğın baş vermişdi. O da tez söndürüldü. Nə ev tamamilə yanıb, nə də heç nə olmayıb. Xəsarət alan da yoxdur”-deyə, A.Yusifov qeyd edib.

Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumata görə, bir qrup şəxs tərəfindən Müəllimlər İnstitutunun Qazax rayon filialının sabiq rektoru İsa Veyisovun Qazax rayonu Daş Salahlı kəndindəki evi yandırılıb və evi söndürmək mümkün olmayıb. Evin yandırılmasına səbəb kimi İsa Veyisovun rektor olduğu vaxtlarda bəzi rayon sakinlərinə saxta diplom verilməsi göstərilib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti