Deputatdan dissidentlərlə bağlı təklif

Deputatdan dissidentlərlə bağlı təklif
  20 Fevral 2014    Oxunub:1201
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa 1957-ci il mayın 28-də Qız Qalasının üzərindən Azərbaycanın üçrəngli bayrağını asan və buna görə illərlə həbsdə olan Cahid Hilaloğlu və Çingiz Abdullayevin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib.
AzVision.az-ın məlumatına görə, F.Mustafa bildirib ki, Dövlət Bayrağı meydanında bu təmənnasız qəhrəmanlar üçün xatirə lövhəsi vurulmalı, küçə və məktəblərə adları verilməli, eləcə də onların bu cəsur hərəkətlərinin xalqımıza təbliğ olunmalıdır.

Millət vəkilinin fikrincə, Cahid Hilaloğlu və Çingiz Abdullayevi hər kəsin tanıması vacibdir: “Onlar Azərbaycandakı dissident hərəkatın nümayəndələridir, tanımamız faydalı olardı”.

AzVision.az


Teqlər:  



Xəbər lenti