Vəzifəli şəxslərin 1 milyonluq cinayəti ifşa oldu

Vəzifəli şəxslərin 1 milyonluq cinayəti ifşa oldu
  20 Fevral 2014    Oxunub:1538
“Əzizbəy-KM” MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib.
“Əzizbəy-KM” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayəi işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aparılmış istintaqla Bakı şəhərində fəaliyyət göstərən qeyd edilən MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzVision.az



Teqlər:  



Xəbər lenti