Elmar Vəliyevdən İlyas İsmayılova CAVAB
“Bizə 2013-cü ildə müraciət daxil olmuşdu. Biz də onlara yer ayırdıq, lakin onlar mitinq keçirmədilər. Sadəcə Dram Teatrında görüş keçirtdilər. İndi isə köhnə hadisəni gündəmə gətirmək, özlərini reklam etmək istəyirlər”-deyə, N.Həmzəyev qeyd edib.
İcra başçısının müavini onu da bildirib ki, 2014-cü ildə onlara heç bir müraciət daxil olmayıb, belə bir müraciət olduğu təqdirdə ona cavab veriləcək.
Qeyd edək ki, millət vəkili İlyas İsmayılov bildirib ki, Ədalət Partiyasının Gəncə şəhərində yaşayan üzv və tərəfdarları ilə 30 mart 2013-cü ildə görüş keçirmək, “Sərbəst Toplaşmaq Azadlığı haqqında” Qanuna uyğun olaraq 8 iyun 2013-cü il tarixdə saat 16.00-dan 18.00-dək “Demokratiya” “Qarabağ”, “Ədalət” şüarları altında min nəfərin iştirak edəcəyi mitinq keçirmək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Qeyd edilən müraciətlərimizin heç birinə bu günədək cavab verilməyib.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


