Səfirliklərimiz azərbaycanlılar tərəfindən qorunacaq

Səfirliklərimiz azərbaycanlılar tərəfindən qorunacaq
  21 Fevral 2014    Oxunub:909
Azərbaycanın Rusiyadakı səfirliyində Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları xidməti vəzifələrinin icrasına başlayıblar.
Bu gün Azərbaycanın Rusiyadakı səfirliyində Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin əməkdaşları xidməti vəzifələrinin icrasına başlayıblar.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq diplomatik nümayəndəlikdə kollektivin ümumi iclası olub. Səfir Polad Bülbüloğlu tədbiri açaraq bildirib ki, Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması Azərbaycan müstəqil dövlət kimi öz səfirliklərinin və diplomatlarının müdafiəsini təmin etmək iqtidarında olmasını göstərir. Bu, ölkəmizin nüfuzunun və imkanlarının artdığını bir daha sübut edir.

Səfir bir çox ölkələrdə diplomatik nümayəndəliklərin təhlükəsizliyinə təhdidlərin artdığı bir dövrdə Azərbaycan səfirliklərinin mühafizəsi məsələsinin həllinin aktual olduğunu bildirib.

Qeyd edək ki, binası Azərbaycanın mülkiyyəti olan ölkəmizin Rusiyadakı səfirliyi təhlükəsizliyin təmin olunması üzrə kompleks tədbirlərin həyata keçirildiyi ilk diplomatik nümayəndəlik olub.


Teqlər:





Xəbər lenti