Qazaxstanla hərbi əməkdaşlıq müzakirə edilib

Qazaxstanla hərbi əməkdaşlıq müzakirə edilib
  21 Fevral 2014    Oxunub:1651
Azərbaycanla Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.
Bu gün Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədovun Bakıda səfərdə olan Qazaxıstan müdafiə nazirinin müavini Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.


Teqlər:  





Xəbər lenti