Köçəryanla görüşən jurnalist: “O gələndə ayağa durmadıq”

Köçəryanla görüşən jurnalist: “O gələndə ayağa durmadıq”
  21 Fevral 2014    Oxunub:1252
“Köçəryan suallarımdan bezib dedi ki, məndən nə istəyirsiz?”

Ötən gün yazıçı-publisist Həmid Herişçi azərbaycanlı jurnalistlərin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşündən foto paylaşıb. Foto ictimaiyyət arasında maraqla qarşınaıb.

Həmin görüşün iştirakçılarından olan politoloq Elxan Şahinoğlu görüş barədə xatirələrini AzVision.az-a danışıb.

E.Şahinoğlu Azərbaycanlı jurnalistlərin 90-cı illərin sonlarında Ermənistana səfərinin məhsuldar olduğunu bildirib.

“Bu görüş 1998-ci ildə baş tutub. Azərbaycan jurnalsitlərinin Ermənistana ilk səfərlərindən idi və çox məhsuldar olmuşdu. Çünki prezidentdən tutmuş, xarici işlər naziri, daxili işlər naziri ilə görüşlərimiz, çoxsaylı suallarımız oldu, əhatəli görüş oldu”.

Politoloq deyir ki, görüş zamanı onun sualları Köçəryanı əsəbləşdirib: “Xatırlayıram ki, Robert Koçəryanla görüşdə ona Qarabağla bağlı o qədər sual verdim ki, o,əsəbləşdi və belə cavab verdi:

“Məndən nə istəyrisiz? Biz savaşıb bu torpaqları almışıq” belə qalmalqa bənzər bir olay yadımdadır. Hətta onu da xatırlayıram ki, biz Azərbaycan jurnalsitləri öz aramızda belə qərara gəldik ki, Köçəryan zala daxil olanda ayağa qalxmayaq. Orada bizdən başqa gürcü və erməni jurlanistlər də var idi. Biz ayağa qalxmadıq və bununla ona etirazımızı bildirmiş olduq. O səfərdən yadımda qalan bunlardır”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti