Meriya Xocalını andı

Meriya Xocalını andı
  21 Fevral 2014    Oxunub:945
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi Bakı Şəhər İcra Hakimiyyətində 26 fevral Xocalı faciəsinin 22-ci il dönümünə həsr olunmuş "92-ci ilin qarı" adlı tədbir keçirilir.
Azvision.az xəbər verir ki, tədbiri giriş sözü ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman açaraq 1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən mühtiş hadisələrdən biri Xocalıda baş verən soyqırım olduğunu bildirib.

Daha sonra çıxış edən BŞİH-nin Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Vahid İmayılov bildirib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayətdir: "Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaqdan ibarət idi. Beynəlxalq təşkilatlar, dünya dövlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə-Xocalı soqırımına, əsil soy qırım hadisəsi kimi beynəlxalq hüquqi siyasi qiymət verməlidirlər.

Çıxış edən Milli Məclisin deputatı Fəzail Ağamalı ermənilərin həyata keçirdiyi məkirli siyasəti pisləyərək bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli, bəşəriyyətin insanlığa, humanizmə qarşı törədilmiş tarixi bir cinayətidir. Bu cinayətin tarixi kökləri olduqca dərindir:

"Ermənilər 300 ildir ki, Azərbaycan torpaqlarını işğal edir və bu torpaqlarda öz dövlətlərini qurmaq üçün ölkəmizə qarşı savaşa başlayıb. Bu savaşın arxasında böyük Rusiya durur. Tarix sübut edir ki, ermənilər heç zaman Azərbaycandan yüksək keyfiyyətlırə malik olmayıblar. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu işğal olunan və işğalçı dövlətə paralel siyasət aparır. Bu çox böyük ədalətsizlikdir."

Sonda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsində hazırlanan "92-ci ilin qarı" filmi nümayiş etdirilib.

Filmin qəhrəmanları qanlı gecənin şahidləridir. Qəhrəmanların bəziləri 7, 9, 12 gün meşədə gizlənənlərdir. Film Goranboyda və Goranboyun Ağcakənd kəndində çəkilib. Filmin senari müəllifi və rejissoru Gültəkin Nərimandır. Bildirək ki, tədbirdə BŞİH-nin, Yerli İcra Hakimiyyətlərinin və səfirliklərin nümayəndələri, Milli Məclisin deputatı Fəzail Ağamalı və QHT-rı iştirak edirlər.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti