Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni telekanal açılır
  21 Fevral 2014    Oxunub:1268
Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün elan etdiyi müddət başa çatıb.
Qurumdan AzVİsion.az-a daxil olan məlumata görə, 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqəyə bu müddət ərzində 3 iddiaçı – “Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC müsabiqəyə sənədlərini təqdim edib.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti