`Sovetski`də narazı şəxslərin evləri sökülməyəcək - VİDEO

`Sovetski`də narazı şəxslərin evləri sökülməyəcək - VİDEO
  24 Fevral 2014    Oxunub:1697
ANS TV-də “Hesabat” proqramının qonağı Azərbaycan baş nazirinin müavini Abid Şərifov olub. Cənab Şərifov son günlərin müzakirə predmeti olan, paytaxt Bakının “Sovetski” adlanan ərazisinin sökülməsi məsələsinə aydınlıq gətirib.
Onların köçürülmə prosesini təşkil və icra edən komissiyanın sədri Abid Şərifovun müsahibəsi nigaran və narahat sakinlər üçün faydalı və maraqlı olacaq.

Mirşahin: Abid müəllim, “Sovetski” adlanan ərazidə gedən prosseslərlə indi birbaşa Dövlət başçımızın tapşırığı ilə Siz məşğulsuz. Bir ümumi prossesə rəhbərlik edən şəxs kimi bu günləri hansı nəticələrdən danışmaq olar? Biz artıq nələri müəyyənləşdirmişik? Hansı konkret qərarlar var ki, sakinləri razı salır və yaxud narazı salır?

Baş Nazirin müavini Abid Şərifov: İlkin nəticələr ondan ibarətdir ki, insanların müəyyən bir hissəsi qoyulan məslələrin həlli ilə əlaqədar narazıdırlar. Bu hamıya bəllidir ki, Bakı şəhərində şəhərin mərkəzində evlər köçürüldükdə 1 kv.metr yaşayış məkanı üçün 1500 azn kimi maksimum hədəf qoyulub. Lakin burda iki məslə var. Sözsuz ki, köməkçi binalar da bura daxil olmalıdır və orda başqa rəqəmlər də istifadə olunur, baxır nə binasıdır. Sözsüz ki, həmin bu sahəyə və bütöv o köməkçi binaların hamısında əlavə olunmalıdır. Heç kimə də sirr deyil ki, “Sovetsk” deyilən sahədə yaşayış evləri 10 illər bundan qabaq, 50 il, 60 il, 70 il bundan qabaq, bəziləri 100 il bundan qabaq tikilən binalardır və vətəndaşlarımıza mənsub olan ev sahələri çox kiçikdir. İlkin nəticələrə görə hardasa 30 faizi 25 kv.metrə qədərdir. Yəni hardasa iki mindən çox evdə inventarizasiya gedib. Aidiyyəti qurumlar tərəfindən belə bir iş aparılıb və bunu dəqiq bilirik ki, rəqəmlər var, artıq araşdırılıb. 25 metrə qədər və 20 metrə qədər nə qədərdi o qədər. Hardasa bir 30 faiz. Camaatın da ilkin tələbi ondan ibarətdir ki, əgər mən 15kv.metr evdə yaşıyıramsa verilən məbləğə mən nə ala bilərəm? Mən cənab prezidentimizin mənə verdiyi tapşırığı vətəndaşlarımızın nəzərinə çatdırdım ki, heç bir vətəndaş zorla ordan çıxarıla bilməz. Əgər nədənsə narazılığı olan varsa, kiminsə tərəfindən ordan çıxarılası deyil. Mən onu deyə bilərəm ki, orda bir çox vətəndaşlar çox razıdırlar ordan çıxmağa. Yəqin ki, bunu deməyə ehtiyac da yoxdur. Hamımız da bilirik ki, orda bizim insanlarımız necə şəraitdə yaşayırlar. Bu hamımıza bəlli məsələdir. Bu səbədən çoxlu insanlar müraciət edir, hətta zəng də edirlər ki, nə üçün dayandız? Bu onu göstərir ki, əksəriyyət razıdır ki, getsin bir ev alsın və normal şəraitdə yaşasın. Kimisə bu gündən sonra burdan kimisə çıxaracaq deyil. Kim qalmaq istəyirsə qalsın. O ki,qaldı onların vəziyyəti? Bunlar nə istəyirlər? Bunlar deyir bizə ev tikin verin şəhərin mərkəzində. Biz şəhərin mərkəzində yaşıyırıq. “Sovetski” şəhərin mərkəzi sayılır. Bizə qədər bizdə belə bir təcrübə olmayıb ki, biz kiməsə ev tikək verək. Bu da sirr deyil ki, 1500 manata ev almaq olar. Şəhərin mərkəzində yaxud kənarında. Yeganə məsələ onun yaşadığı evin kv.metridir ki, burda 15 kv.metrdə, 20 kv.metrdə yaşayır, bu problem ola bilər. Buna görə də biz belə göstəriş aldıq bu evlərə toxunulası deyil. Necə olacaq bu evlərin vəziyyəti? Buna görə də o vətəndaşlar ki var, hansı ki, narazıdırlar, onların dediyinə görə bunlar bir komitə yaradıblar bir 7-8 nəfərdən ibarət. Və həmin komitə vasitəsilə tələblərini yazılı şəkildə veriblər bizə. Düzdür heç bir imza-filan olmasa da mən onu bir sənəd kimi qəbul etdim və ayın 3-də vaxt təyin etmişik. Orda bəzi suallar qoyulub. Yəni qaydalara uyğun necə olmalıdı, torpaq necə alınmalıdı, necə verilməlidi? Amma bu məsləni qoyanlar bir şeyi unudurlar ki, bu evlər dövlət sifarişiylə sökülmür. Dövlət sifarişi nədir? Dövlət sifarişi odur ki, dövlətin təhlükəsizliyini təmin edən obyektləri tikməkdən ötrü torpaqların alınması. Dövlət sifarişi odur ki, dövlət əhəmiyyətli kommunikasiyaların, magistiral kommunikasiyaların, istər yol olsun, istər su xətti olsun, istər elektrik şəbəkəsi, istər qaz. Ancaq abadlaşmaq üçün, yaxud şəhərdaxili yolları çəkmək üçün və yaxud da adi bir qeyri dövlət əhəmiyyətli tikili tikmək üçün torpaqların alınması, ümumiyyətlə mülkin alınması dövlət sifarişi sayılmır. Sözsüz ki, mən bu yoldaşlarla görüşəndə onlara qanunu da göstərəcəm qaydaları da. Yəni qarışıq məsələ olmasın.

Mir Şahin: Mənzillərinin sahəsi, yaşayış sahəsi az olan sakinlərin problemini necə həll eləməyə hazırlaşırsız?

Abid Şərifov: Biz müzakirə edirik, aidiyyəti qurumlarla sözsüz. Maliyyə nazrlikləri ilə və digər qurumlarla. Yəqin ki, bir həftə ərzində bu məsləylə bağlı razılaşma olar. Amma bu gün biz onları sökəsi deyilıik.

Mir Şahin: Amma indi hansı variantlar var?

Abid Şərifov: Hələlik variantlar var. İşlənilir o variantların üzərində. Görək necə baxılacaq, necə həll olunacaq. Ayrı-ayrı təkliflər də var. Amma bu hələlik bişməmiş bir məsələdi. Buna görə də narazı olan şəxslər ki, var hansılar ki, köçmək istəmirlər, konkret bir təklif olana qədər biz o evlərə toxunmuruq.

Mir Şahin: Abid müəllim, indi maraqlı bir vəziyyət yaranır. Tutaq ki, həmin bu ərazidə, çox böyük yaşayış sahəsinə malik olan insanları hökumətin təklif etdiyi qiymət qane eliyir və onlar həmin əraziləri boşaldırlar. 1500 manatdan kv-tı. 100 kv.metrə malik sakin alır. Pulun alır və gedir. Bunu nəzərə almaq imkanı varsa o az sahəsi olan insan o cənab prezidentin tapşırığı və tövsiyyəsiylə çıxarılmır. İndi ərazidə adda-budda belə hadisələr ola bilər. Biri boşalmağa razıdı, biri boşaltmır. Mənim bildiyimə görə də biz burda park salmağa hazırlaşırıq. Bəs onda park necə salınacaq?

Abid Şərifov: Yəqin ki, bu evlər boşalana qədər park salmaqdan söhbət gedə bilməz.

Mir Şahin: Deməli bütün hallarda bunlar boşalmalıdı nə vaxtsa.

Abid Şərifov: Yox ola bilməz. Yəni o parkın içərisində bu evlərin yerləşməsi ağlabatan fikir deyil. Ona görə də orda yalnız park yox, küçələrin darlığını nəzərə alsaq hərəkət mümükün deyil. Yolların da salınması,radial boruların da salınması da nəzərə alınıb. Yəni yalnız parkdan söhbət getmir. Buna görə də istər yol, istərsə də park salınsın. Orda ev ola-ola, özü də 30 faiz. Hələ bu müvəqqəti yoxlanılanların siyahısıdı. Bəlkə gələcəkdə heç 30 yox, 35 faiz oldu. Bilmirəm, bunu vaxt göstərər. Ona görə də ora tam boşalmayanacan parkın salınması yaxud yol çəkilməsi qeyri mümkündü. Çünki evlərin bəziləri söküldükcə digərləri işıqsız, qazsız qala bilər. Belə olan surətdə biz təmin etməliyik o işıqsız, qazsız qalan evin işığını, qazını ki, bunlar orda qaldıqları müddət ərzində işısız, qazsız qalmasın.

Mir Şahin: Belə çıxır ki, bizim bu layihədə parkın salınması, yolların salınmasının planı yoxdu, yəni konkret nə vaxt bunu eləmək lazım gələcəksə sənəd yoxdu.

Abid Şərifov: Mən vaxt deməyə çətinlik çəkirəm. Çünki birinci növbədə bu insanların məsləsini həll etməliyik ki, görək bu az sahəsi olanlar necə olasıdı. Bu da vaxt tələb etdiyindən konkret vaxtdan danışmaq olmaz.

Mİr Şahin: Yəni bu evin sakini uzun müddət də çıxmaya bilər də. 1 il, 2 il, 3 il, deyə bilər ki, mən çıxmıram. Cənab prezident deyib, mən çıxmıram.

Abid Şərifov: Cənab prezident deyib ki, camatı zorla çıxarmaq olmaz. Kim istəmirsə çıxmaq qalmalıdı.

Mir Şahin: Aydındır. İndi statiskaya görə nə qədər adam artıq razıdır boşaltmağa?

Abid Şərifov: Səhv etmirəmsə rayon icra hakimiyyətinin və maliyyə nazirliyinin sözlərinə görə 240-dan çox vətəndaş artıq razılıq verib. Bunun bir hissəsi imza da atıb o protokola.

Baş nazirin müavini ilə söhbətimizdən də gördüz ki, yalnız narazılar yox, həm də razılar var. “Sovetski” camaatının köçürülməsinə təkcə statistika kursu ilə yanaşma düzgün deyil. Söhbət xatirələrdən gedir. Burda elə insanlar var ki, doğulublar, böyüyüblər, boya-başa çatıblar. İlk sevgilərini məhz elə “Sovetski” məhllələrində tapıblar. İlk itkiləri ilə də burda rastlaşıblar. Məncə dünyada ən toxunulmaz dəyər elə xatirələrdi. Qoy “Sovetski” camaatının bu məhəlləyə bağlı son xatirəsi də müqəddəs olsun. Onlar bunu qanqaraçılıqla xatırlamasınlar.




Teqlər:  





Xəbər lenti