“Həmsədrlər boş-boş danışıqlar aparır” – Əli Həsənov

“Həmsədrlər boş-boş danışıqlar aparır” – Əli Həsənov
  24 Fevral 2014    Oxunub:849
ATƏT Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcək.

AzVision.az-ın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcək:

"ATƏT Minsk Qrupu 20 ildən artıqdır ki, yaradılıb. Onlar Dağlıq Qarabağ Münaqişəsinin həlli ilə bağlı sözügedən müddətdən artıqdır ki, regiona səfər edirlər. Amma onlar bu problemlə bağlı heç nə edə bilmirlər. Ancaq boş-boş danışıqlar aparırlar. Beynəlxalq təşkilatlarında ermənilərə təzyiqi yoxdur. BMT-nin qəbul etdiyi qətnamələrə Ermənistan əməl etmir. Dünyada demokratiyadan, insan hüquqlarından danışan ölkələr də Ermənistana təzyiq etmir və əksinə ona yardımçı olurlar".

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti