Səlim Müslümov İdris İsayevi özünə müavin gətirdi - EKSKLÜZİV

Səlim Müslümov İdris İsayevi özünə müavin gətirdi - EKSKLÜZİV
  24 Fevral 2014    Oxunub:2578
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədri İdris İsayev nazirin əmri ilə tutduğu vəzifədən azad edilib.

Bir neçə ay öncə bu vəzifəyə gətirilən İ.İsayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Hələlik Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni sədri postuna təyinat edilməyib.

Qeyd edək ki, Səlim Müslümov nazir təyin olunduqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri işləyən İdris İsayevi Dövlət Əmək Müfəttişliyi Xidmətinə sədr təyin etmişdi.

İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsində əyani təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil alıb və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti