Bərdənin icra başçısı hesabat verdi

Bərdənin icra başçısı hesabat verdi
  24 Fevral 2014    Oxunub:1302
2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Gövhər xanım Baxşəliyeva və Zahid Oruc, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak ediblər.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə hesabat verib.

Qeyd olunub ki,il ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası sahəsində rayon mərkəzinin və kəndlərin müfəssəl plan əsasında yenidən qurulması işi davam etdirilib.

Sosial-iqtisadi göstəriciləri diqqətə çatdıran icra başçısı vurğulayıb ki, 2013-cü ildə rayonda 329,3 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 127,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.Nəqliyyat sektorunda 5,7 milyon manat, informasiya və rabitə sektorunda 0,9 milyon manat, ticarət xidmətlərində 72,4 milyon manat məbləğində məhsul buraxılışı olub.

Hesabat dövründə rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 9,7 milyon manat və ya 2012-ci ildəkindən 2,6 dəfə çox investisiya yönəldilib.

Rayon büdcəsinin yerli gəlirləri 2013-cü ildə vergilərdən daxil olmalar üzrə 103,6 faiz yerinə yetirilib. 2012-ci ilə nisbətən büdcənin yerli gəlirləri 12,8 faiz, xərcləri isə 3,3 faiz artıb. 2013-cü ildə tələb olunan bütün xərclər tam icra edilib.

28 yeni obyekt tikilib, 48 obyekt yenidən qurulub, 23 obyektdə gecə işıqlandırlıması və 18 müasir reklam quraşdırılıb. 2013-cü ildə 3428 yeni iş yerləri açılıb ki, bunun da 1333-ü daimidir.


Teqlər:





Xəbər lenti