Tovuzda dəhşətli qəza: 2 nəfər yanaraq öldü

Tovuzda dəhşətli qəza: 2 nəfər yanaraq öldü
  26 Fevral 2014    Oxunub:1680
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Tovuz rayonu, Aşağı Əyyublu kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti