Elman Babayevə daha bir vəzifə verildi

Elman Babayevə daha bir vəzifə verildi
  26 Fevral 2014    Oxunub:1273
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.
AzVision.az-ın məlumatına görə, nazirlik üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti informasiya sahibi kimi nazirliyin vəzifələri sırasında yer alıb. Qaydalar nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilib.

Bundan başqa, əmrə əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub.

Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Nazirliyin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti