Mətbuat Şurası müsabiqə elan etdi

Mətbuat Şurası müsabiqə elan etdi
  26 Fevral 2014    Oxunub:740
Azərbaycan Mətbuat Şurası «Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları» layihəsi çərçivəsində «Azərbaycan beynəlxalq münasibətlər sistemində» mövzusunda yazı müsabiqəsi keçirir.

Mətbuat Şuradan verilən məlumata görə, müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib:

1. Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu;
2. Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti;
3. Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar.

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar.
Ümumən müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur.

I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 500 manat.
Həvəsləndirici mükafat – 10 nəfər – 300 manat.

Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq.

Müsabiqəyə 2014-cü ilin mart ayının 1-dən may ayının 1-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən materiallar buraxılacaq.

Yazılar 2014-cü ilin mart ayının 1-dən mayın 1-dək Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti