Təhsil Nazirliyi attestasiya qaydaları hazırlayıb

Təhsil Nazirliyi attestasiya qaydaları hazırlayıb
  26 Fevral 2014    Oxunub:10559
Azərbaycanda təhsil alanların biliyinin attestasiyası, o cümlədən də yekun attestasiyası qaydaları işlənib hazırlanıb.
AzVision.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, həmin qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Nazirlik Azərbaycan Müəllimlər İnstitutunun filiallarının bağlandığı halda akademik borclar olan fənlər üzrə dərslərin necə təşkil olunacağına da aydınlıq gətirib: “AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarına 2014-2015-ci tədris ili üçün tələbə qəbulu planlaşdırılmayıb. Bu filiallarda hazırda təhsil alan tələbələr təhsilini sonadək davam etdirəcəklər. AMİ-nin tələbə qəbulu dayandırılmış filiallarında təhsil alan, alt qruplardan kəsri qalan tələbələr üçün həmin filiallarda akademik borclar olan fənlər üzrə dərslər təşkil olunacaq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti