Azərbaycan moda müsabiqəsində birinci oldu – EKSKLÜZİV, FOTOLAR

 Azərbaycan moda müsabiqəsində birinci oldu – EKSKLÜZİV,  FOTOLAR
  26 Fevral 2014    Oxunub:2434
Azərbaycanlı vizajist beynəlxalq dərəcəli “Moda və Vizaj Hakimi” kateqoriyasına layiq görülüb.
Rumıniyanın Timisoara şəhərində keçirilən “İlin paltarı- 2014” müsabiqəsi başa çatıb. Müsabiqədə ölkəmizi Azərbaycan Moda Asossiyasıyasından olan nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Moda Asossiyasıyasının (AMA) prezidenti Zamir Hüseynov, AMA Vizaj departamentinin sədri Fatimə Əkbərova və 3 modelyer xanım- Nərmin, Aytən, Aygün ölkəmizi təmsil edib. Bu barədə Azvision.Az-a açıqlamasında Azərbaycan Moda Asossiyasıyasının Vizaj departamentinin sədri Fatimə Əkbərova məlumat verib.

F.Əkbərovanın sözlərinə görə, 12 ölkənin iştirak etdiyi beynəlxalq müsabiqədə Azərbaycanlı modelyerin paltarı “İlin paltarı” adına layiq görülüb.



Müsabiqənin nəticələrinə görə 1-ci yerə Azərbaycan, 2-ci yerə Qazaxıstan, 3-cü yerə isə Rusiyadan olan modelyer layiq görülüb.

Bununla yanaşı, Fatimə Əkbərova ən-ənəvi müsabiqədə beynəlxalq dərəcəli “moda və vizaj hakimi” kateqoriyasına layiq görülərək diplomla təltif olunub. Qeyd edək ki, “moda və vizaj hakimi” olaraq Fatimə Əkbərova bundan sonra moda və vizaja aid bütün tədbirlərdə, yarışma və master-klasslarda hakim kimi iştirak etmək hüquq əldə edib.



Fatimə Əkbərova 2004-cü ildə Fransada keçirilən “"Beauty of the World -2004”, İtaliyada keçirilən "Beauty of the World -2007” müsabiqələrinin də qalibi olub. 2010-cu ildə Çində keçirilən “World beauty congress” də isə Azərbaycanı münsiflər heyətinin üzvü olaraq təmsil edib.

Leyla MURAD

Qalereya




Teqlər:  





Xəbər lenti