Millət vəkilindən ABŞ səfirinə sərt cavab

Millət vəkilindən ABŞ səfirinə sərt cavab
  26 Fevral 2014    Oxunub:1007
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalı soyqırımıyla bağlı bir açıqlama yayıb. O deyir: "Biz başa düşürük ki, Xocalı faciəsi bütün azərbaycanlılar üçün ağır dərddir". Millət vəkili Sahib Alıyev səfirin bu bəyanatına kəskin cavab verib.
- Amma biz başa düşmürük, daha dəqiqi başa düşmək istəmirik ki, nədən Minsk qrupuna həmsədrlik edən bir ölkənin rəsmləri belə bir məsələyə yanaşmada belə ikili standarta yol verirlər. Uydurma erməni soyqırımını təkcə onların deyil, həm də özlərinin böyük fəlakəti kimi qiymətləndirənlər Xocalıda yaşananları ancaq `azərbaycanlılar üçün ağır dərd` adlandırırlar. Axı o, təcrübəli diplomatdır və xəbərsiz deyil ki, beynəlxalq sənədlərdə soyqırımı harada baş veirisə-versin, bütün bəşəriyətə qarşı yönəldilmiş addım kimi qiymətləndirilir. Deməli, Xocalı soyqırımı təkcə azərbaycanlılar deyil, içi Morninqstar qarışıq bütün amerikalılar üçün də ağır dərd sayılmalıdır,- deyə millət vəkili vurğulayıb.

Sahib Alıyevə görə, Minsk qrupuna həmsədrlik edən dövlətin səfiri bunun ardınca Dağlıq Qarabağ münaqişəsinin savaş yoluyla həllinin mümkünsüzlüyünü vurğulamaqdansa, Xocalı vəhşiliyini törətmiş işğalçını, özünün də buna bənzər bir reallıqla üzləşməməsi üçün Azərbaycan torpaqlarını boşaltmağa çağırmalıdır: `Təəssüf ki, Amerika təmsilçiləri içərisində, yumşaq desək, belə anlaşılmaz mövqeni təkcə Morninqstar sərgiləmir. Bu ölkənin Minsk Qrupundakı təmsilmisi Ceyms Uorlik bu yaxınlarda tvitterdə Qarabağda öldürülən və Ermənistan vətəndaşı olan bir əsgər üçün göz yaşı tökərək başsağlığı verirdi. Əslində isə onun birbaşa vəzifə borcu idi ki, Ermənistan rəhbərliyindən hesab sorsun. Onlardan soruşsun ki, sizin əsgərinizin Azərbaycan torpağında nə işi var? Neçə ki, amerikalılar bizim üçün ən ağrılı bir məsələdə bu cür mövqe ortaya qoyacaqlar, inciməsinər, bu ölkədə onların ədalətli və həqiqətən də sülh tərəfdarı olduqlarına kimsə inanmayacaq. Eyni zamanda irəli sürdükləri bir çox ideyalara da şübhə ilə yanaşacaqlar. Necə ki, yanaşırlar`.

AzVision.az


Teqlər:





Xəbər lenti