TQDK-dan bakalavrlara müraciət

TQDK-dan bakalavrlara müraciət
  27 Fevral 2014    Oxunub:1090
TQDK magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrinizdən istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqi”ni çap edə bilərlər.

İş nömrəsi və şifrini itirmiş bakalavrlar ödəmə kartını aldığını telefon nömrəsindən 2 yazıb 7745 nömrəsinə göndərməlidir.

Ödəmə kartını internet ödəmə vasitəsi ilə əldə edib sonradan həmin iş nömrəsi və şifri itirən bakalavrlar isə Bakı şəhərində TQDK-nın əsas binasına (Ak. H.Əıiyev küç, 17) yaxınlaşmalıdır. Regionlarda yaşayanlar vətəndaşlar isə qeyd etdiyimiz məsələ ilə bağlı TQDK-nın regional bölmələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, imtahana gələrkən “Bakalavrın imtahana buraxılış vərəqi” ni və şəxsiyyət vəsiqəsinin əslini mütləq özləri ilə gətirməlidirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti