Baş Dövlət Yol Polis idarəsi hərbiçilərin ölümünü araşdırır

Baş Dövlət Yol Polis idarəsi hərbiçilərin ölümünü araşdırır
  27 Fevral 2014    Oxunub:1445
Daxili İşlər Nazirliyi Tovuz rayonundakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, fevralın 26-da saat 07 radələrində Tovuz rayonu Əyyublu kəndinin ərazisində Elçin Nəzərovun idarə etdiyi “Mercedes” markalı və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşmuş, “Mercedes” markalı avtomobil aşdıqdan sonra yanğın baş verib.
E.Nəzərov və sərnişini, Yuxarı Öysüzlü kənd sakini Seymur Zeynalov ölüb, Ş.Məmmədov xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti