Ombudsman hesabat verəcək - GÜNDƏLİK açıqlandı

Ombudsman hesabat verəcək - GÜNDƏLİK açıqlandı
  27 Fevral 2014    Oxunub:1357
Parlamentin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun AzVision.az-a verdiyi məlumata görə, iclas martın 4- də baş tutacaq. İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Gündəliyə Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkillinin (Ombudsmanın) illik məruzəsi, “Azərbaycan və Polşa hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişin təsdiq edilməsi barədə” qanun layihəsi, Azərbaycan Respublikasının ticarət gəmiçiliyi məsələsinə dəyişiklik edilməsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik, “Akkreditasiya haqqında” qanun layihəsi ikinci oxunuşu daxil edilib.

Qeyd edək ki, Milli Məclisin sonuncu iclası fevralın 25-də olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti