Ukraynanın Bakıdakı səfiri Yanukoviçi pislədi

Ukraynanın Bakıdakı səfiri Yanukoviçi pislədi
  27 Fevral 2014    Oxunub:1539
Fevralın 27-də Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişşenko mətbuat konfransı keçirib.
Səfirlikdə keçirilən tədbir bu ölkədə baş verən son hadisələrə həsr olunub. Səfir A.Mişşenko bildirib ki, hazırda Ukraynada legitim hakimiyyət mövcuddur və yeni hökumətin tərkibi bu gün Ali Rada tərəfindən təsdiq ediləcək.

Diplomatın sözlərinə görə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin siyasəti özü və ailəsi üçün sərvət toplamağa yönəlmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti