İşdən çıxarılan Tağı Əhmədov danışdı - YENİLƏNDİ
“Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: “Cənab İlham Əliyev haranı məısləhət bilsə, orada da çalışacağam”.
T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”.
***
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Ölkə başçısı Zaur Mir Tofiq oğlu Hüseynovu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov tutduğu vəzifədən azad edilib.
Metropolitendən AzVision.az-a verilən məlumata görə, T.Əhmədov hazırda idarədə deyil.
“Tağı müəllim kabinetindən çıxıb, gələcək”.
Metropolitendən həmçinin bildirilib ki, onlar Tağı Əhmədovun işdən çıxmasından xəbərsizdirlər.
“Tağı Əhmədov idarədə deyil. İşdən çıxarılmasından xəbərim yoxdur, sizdən eşidirəm”.
Nihadə