Bakı Metrosunun yeni rəisi danışdı

Bakı Metrosunun yeni rəisi danışdı
  27 Fevral 2014    Oxunub:1734
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov danışıb.
AzVision.az xəbər verir ki, yeni sədr lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub:

“Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.

“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.


Teqlər:  





Xəbər lenti