İlham Əliyev Dominikan Prezidentini təbrik etdi

İlham Əliyev Dominikan Prezidentini təbrik etdi
  28 Fevral 2014    Oxunub:1273
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".


Teqlər:





Xəbər lenti