Zakir Həsənov Brüsseldə
sonrakı missiyasına töhfə verməyə davam edəcək.
AzVision.az xəbər verir ki, Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iclasda ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizliyin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstandakı cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək) və onun başlaması üçün lazımi olan hüquqi çərçivənin son vəziyyəti müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycanın müdafiə naziri ölkəmizin Əfqanıstana cari dəstəyini qeyd edib və NATO-nun 2014-cü ildən sonrakı Qətiyyətli Dəstək missiyasına töhfə verməyə davam edəcəyini bir daha təsdiq edib.
Brüsselə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, Latviyanın müdafiə naziri Raymonds Vejonis və NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı dörd ulduzlu general Filip Bridlav ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.