Tələbələr Şəmsəddin Hacıyevə şikayətləndilər - FOTO

Tələbələr Şəmsəddin Hacıyevə şikayətləndilər - FOTO
  28 Fevral 2014    Oxunub:1091
Bakı Dövlət Universitetində tələbələrin narazılığından sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru da tələbələrlə görüşüb.
AzVision.az-ın məlumatına görə, rektor Şəmsəddin Hacıyev universitetin Həsən Əliyev küçəsində yerləşən korpusunda tələbələrlə görüşərək süni qiymət artımı ilə bağlı şikayətləri dinləyib. Bufetdə çay süfrəsi arxasında baş tutan görüşdə rektor tələbələrdən hansı müəllimlərdən və nədən narazı olduqlarını, problemlərini öyrənib.

Ş.Hacıyevin bu addımı universitet tələbələri arasında müsbət qarşılanıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti