Şeyx sabah Ərəbistana gedir
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfər İslam Aləmi Liqasının Baş katibi Abdulla ət-Türkinin dəvəti əsasında qurumun 2-3 mart tarixlərində keçirəcəyi növbəti konfransda iştirak məqsədilə həyata keçirilir. Budəfəki mövzusu “İslam aləmi – problemlər və həlli yolları: İslam həmrəyliyi” olan Beynəlxalq konfransda QMİ sədri Şeyxülislam A. Paşazadə “İslam həmrəyliyi günün aktual problemidir” adlı məruzə ilə çıxış edəcək.
Səudiyyə Ərəbistanında QMİ sədrinin Səudiyyə Ərəbistanının Həcc Naziri və digər rəsmiləri ilə işgüzar görüşləri gözlənilir.
Teqlər: