Rektor-deputat kəsirli tələbələrin ödənişini ləğv etdi

Rektor-deputat kəsirli tələbələrin ödənişini ləğv etdi
  28 Fevral 2014    Oxunub:965
Şəmsəddin Hacıyevdən tələbələrə güzəşt

Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” qərarına görə, hər bir tələbə alt qrupda təhsil almaq üçün universitetiə ödəniş etməlidir. Bu səbəbdən də bir neçə gün öncə Bakı Dövlət Universtitetində bəzi tələbələr buna qarşı çıxıb, öz narazılıqlarını bildirdilər.

Lakin, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev alt qruplarda təhsil almağı ödənişsiz edib.

Universitetdən AzVision.az-a verilən məlumata görə, Şəmsəddin Hacıyevin əmri ilə İqtisad Universiteti alt qruplarda təhsil almaq üçün edilən ödənişlər kəsirli tələbələr tərəfindən deyil, universitetin büdcəsi hesabı ödəniləcək.

Ş.Hacıyevin bu göstərişindən sonra kəsirli tələbələr ödənişdən azad olunublar.

Eyni zamanda universitetdən bildiriblər ki, ADİU Azərbaycanın ən böyük universitetlərindən olduğu üçün öz muxtariyyəti və özünün daxili qərar çıxarma imkanı var.

Qeyd edilib ki, Elmi Şura ilə danışıqlardan sonra qərar qəbul edilib ki, universitetdə kəsr üçün alt qruplarda oturmaq ödənişsiz olsun.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti