TQDK-dan abituriyenlərə xəbər var

TQDK-dan abituriyenlərə xəbər var
  28 Fevral 2014    Oxunub:984
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındən AzVision.az-a verilən məlumata görə, TQDK tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə “Təsviri sənət”, “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Memarlıq və dizayn”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər nəşr edilib.

Vəsaitlərdə ixtisaslar haqqında məlumat, hər bir ixtisas üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, bilet, tapşırıq və şəkil nümunələri, çalışmalar, cədvəllər, normativlər, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, internet saytları və digər zəruri materiallar verilib. Vəsaitləri TQDK-nın satış köşkündən və internet vasitəsi ilə əldə edə bilərlər.


Teqlər:





Xəbər lenti