Metropolitendə təhvil-təslim aparılır

Metropolitendə təhvil-təslim aparılır
  28 Fevral 2014    Oxunub:1173
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun təqdimat mərasimi keçirilsə də o hələ də kollektivlə görüşməyib.
Bu barədə AzVision.az-a metropolitenin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni sədr kollektivlə görüşə gəlməsə də işdən çıxarılan Tağı Əhmədov bu gün idarəyə baş çəkib.

Metropolitendən verilən məlumata görə, köməkçisi tərəfindən T.Əhmədova məxsus əşyalar otağından yığışdırılıb. Hazırda T.Əhmədovun təhvil-təslim işləri ilə məşğul olduğu bildirilib.

“Tağı müəllim bu gün gəlmişdi. Amma indi otaqda yoxdur, çıxıb, yenə gələcək. Hələ ki bizimlə vidalaşmayıb.”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti